VİBROMASA
FINDIĞIN, KİÇİK ÖLÇÜLÜ MEYVƏLƏRİN VƏ BƏZİ GİLƏMEYVƏLƏRİN ÇEŞİDLƏNMƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULUB.
MÜŞTƏRİNİN TƏLƏBİNƏ UYĞUN - MÜXTƏLİF FORMALI, ÖLÇÜLÜ VƏ FRAKSİYALARIN SAYINI NƏZƏRƏ ALARAQ, VİBROMASANIN HAZIRLANMASI MÜMKÜNDÜR.
AYRICA BİR AVADANLIQ VƏ YA İSTEHSALAT XƏTTİN TƏRKİB HİSSƏSİ KİMİ İSTİFADƏ OLUNUR.
İŞ PRİNSİPİ:
XAMMAL VİBROMASANIN ÜZƏRİNƏ YÜKLƏNİR.
DEŞİKLİ MASANIN ÜZƏRİNDƏ VİBRASİYA VASİTƏSİ İLƏ HƏRƏKƏT EDƏRƏK, MÜVAFİQ DİAMETRLİ DEŞİKDƏN, MƏHSUL AŞAĞIYA DÜŞƏNƏ QƏDƏR HƏRƏKƏTİ DAVAM EDİR.
BU METOD İLƏ BİR NEÇƏ FRAKSİYAYA BÖLÜNMÜŞ XAMMAL, NÖBƏTİ EMAL ÜÇÜN XÜSUSİ QABLARA DAXİL OLUNUR.
ADİ POLAD VƏ PASLANMAZ POLAD İLƏ HAZIRLANIR.
ÖLÇÜLƏRİ VƏ MƏHSULDARLIĞI, MÜŞTƏRİ TƏRƏFİNDƏN VERİLƏN TƏLƏBLƏRƏ UYĞUN MÜƏYYƏN OLUNUR.